Milli Məclisin (MM) bu gün keçirilən iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb. SİA-nın xəbərinə görə, Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.
Məsələ səsə qoyularaq qəbul edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB