Vaqif Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 iyun tarixli Sərəncamı ilə Vaqif Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif Nəcəfalı oğlu Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilsin”.
Xatırladaq ki, Vaqif Rəsulov bundan əvvəl Babək rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Müəllif: Xaliq Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB