"Biz Kabildə baş verən terror aktını qınayırıq."
Trend-in məlumatına görə, bu Azərbaycan Xarici İşlər Nazirliyinin dünən Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı ilə bağlı "Twitter" səhifəsində yayılan bəyanatında deyilir. Bəyanatda bildirilir: "Bizim qəlbimiz qurbanların ailələrilədir. Yaralılara tezliklə sağalmağı arzulayırıq".
Qeyd edək ki, dünən Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yaxınlığında minalanmış avtomobil partladılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB