Musa Qasımlı: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün yeni variantlar düşünməlidirlər” - MÖVQE

Musa Qasımlı: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün yeni variantlar düşünməlidirlər” - MÖVQE
"1992-ci ilin martında bölünmüş mandata əsasən yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətini qənaətbəxş hesab etmirəm". Bu sözləri tarix elmləri doktoru, professor Musa Qasımlı SİA-ya açıqlamasında deyib. O bildirib ki, həmsədrlər vasitəçilik missiyasını yerinə yetirilər. Onun sözlərinə görə, vasitəçilik missiyası Bakıda deyilənlərin İrəvana, Xankəndinə və ya orada deyilənlərin Bakıya çatdırılması demək deyil. O söyləyib ki, onlar konkret təkliflər irəli sürməli, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik qoymamalı, işğalçını şirnikləşdirməməli, işğalçıya beynəlxalq hüquq normalarını pozmamağı başa salmalı, Azərbaycanın da səbrinin bir həddi olduğunu onlara izah etməlidirlər.
,br> "Mən bu dəfəki səfərdən də heçnə gözləmirəm. Fikrimcə bu növbəti turist səfərlərindən biridir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid etməli, onlara işlərində dönüş yaratmağa çağırmalı, amma bu qətiyyən onların fəaliyyətindən imtina etməyə və hər şeyin sıfırdan başlanmasına gətirib çıxarmamalıdır. Bildiyimiz kimi Ermənistan yenilənmiş Madrid Prinsiplərindən imtina edib. Ona görə də həmsədrlər yeni variantlar üzərində düşünməli, yalnız bir variantda qalmamalı, münaqişənin uzadılmasına çalışmamalı, mümkün qədər münaqişənin tez həllinə səy göstərməlidirlər. Amma təəsüflər olsun ki, 1992-ci ildən bütünlükdə Minsk qrupuunun fəaliyyətində bu söylənənlərə əsas verən fəaliyyəti görmək mümkün deyil", - deyə M. Qasımlı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə