Piter Semnebi Bakıya gəlib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-də Bakıya səfərə gəlib.

SİA-nın məlumatına görə, P. Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın azərbaycanlı icması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəkdir.

Görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda baş vermiş son hadisələrə, eləcə də bu ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə