Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ilə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə arasında görüş olub. SİA-ya VHP-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə 7 noyabrda keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.
Tərəflər "Demokratiya" adlı seçki bloku yaratmaq barədə razılıq əldə ediblər. Blokla bağlı sazişin mətni və digər sənədlərin hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması qərara alınıb. Yaxın günlərdə partiyalararası saziş imzalanacaq və blok ictimaiyyətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB