Yunusbek Yevkurov: “ Minlərlə azərbaycanlı İnquşetiyada çalışır, amma bəziləri gəlib bir müddət yaşadıqdan sonra cinayətkar dəstələrə qoşulur” - MÖVQE

Yunusbek Yevkurov: “ Minlərlə azərbaycanlı İnquşetiyada çalışır, amma bəziləri gəlib bir müddət yaşadıqdan sonra cinayətkar dəstələrə qoşulur” - MÖVQE

"İnquşetiyada 1300-dən artıq azərbaycanlı çalışır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İnquşetiyanın prezidenti Yunusbek Yevkurov keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanlıların əksəriyyətinin bizneslə məşğul olduğunu bildirən prezident qeyd edib ki, bu faktor münasibətlərin genişləndirilməsinə şərait yaradır: "Azərbaycan biznesinin İnquşetiyanın aqrar-sənaye kompleksinə cəlb olunmasını çox istərdik. Kolxoz bazarlarının, iri ticarət mərkəzlərinin inşasını sizin sərmayəçilərinizə həvalə edərik. Orada həm yerli əhali, həm də Azərbaycan diasporunun nümayəndələri çalışa bilər. Mən sizin iş adamlarınızla görüşüb, onları Manas şəhərində məscid tikintisinə cəlb etməyə çalışacağam".

 

Bu gün bu iki ölkə arasında sərhəd xəttinin təsdiqlənməsi haqqında sənəd imzalandığını qeyd edən İnquşetiya rəhbəri Azərbaycan-Rusiya sərhədindən kriminal ünsürlərin keçməsi haqda sualı da cavablandırıb: "İstənilən sərhəddən həm normal insanlar, həm də cinayətkarlar keçir. Burada qorxulu bir şey yoxdur, hüquq-mühafizə orqanlarımız sıx əməkdaşlıq edir. Təəssüflə vurğulamaq istəyirəm ki, ötən il İnquşetiyada neytrallaşdırılan cinayətkar dəstənin tərkibində 2 azərbaycanlı vardı. Mən o zaman demişdim ki, minlərlə azərbaycanlı buradakı bazarlarda, kənd təsərrüfatı, tikinti sahəsində halal zəhmətlə çalışır, amma bəziləri gəlib bir müddət yaşadıqdan sonra cinayətkar dəstələrə qoşulur".

Bütün xəbərlər Facebook səhifəmizdə