Gəncədə “Şəhər günü”nə hazırlıq işləri gedir

Gəncədə “Şəhər günü”nə hazırlıq işləri gedir

Gəncə növbəti "Şəhər günü"nə hazırlaşır. Şəhərin 2504 illiyinin qeyd edilməsi ilə əlaqədar sentyabr ayının 22-i və 23-ü geniş və rəngarəng tədbirlər proqramı hazırlanıb. "Şəhər günü" ilə bağlı mərasimlərin birinci günü Gəncə sakinlərini təbrik etmək üçün carçəkmə mərasimi keçiriləcək.

Dahi şair Nizami Gəncəvinin heykəli qarşısında "Nizami poeziya" saatı, Mircəlal Paşayev muzeyində Gəncə Dövlət Kamera Orkestri və İsveçrədən dəvət olunacaq musiqiçilərin iştirakı ilə konsert proqramı keçiriləcək.

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Bəxtiyar Muradovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sentyabr ayının 23-ü isə şəhərin girişində, Gəncə Darvazalarının önündə vətənpərvərliyə dair ədəbi-bədii kompozisiya keçirilməsi nəzərdə tutulur.

Ölkəmizin bölgələrindən, eyni zamanda Türkiyə, Dağıstan, Gürcüstan, Belarus və Özbəkistandan dəvət olunmuş qonaqların iştirakı ilə Gəncənin baş meydanında şənliklər düzənlənəcək.

Sonda şəhər sakinləri möhtəşəm atəşfəşanlığın şahidi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə