Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Minh Çietə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
SİA-nın məlumatına görə, məktubda deyilir: "Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir".
İlham Əliyev Nquyen Minh Çietə möhkəm cansağlığı, işlərində uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB