Azərbaycanda seçicilərin dəqiqləşdirilmiş sayı məlum olub. SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ölkə üzrə seçicilərin sayı 5 163 250 nəfərdir: "Onlardan 2 663 370 nəfəri (51.58 faiz) qadınlar, 2 499 880 nəfəri (48.42 faizi) kişilərdir. Ötən illə müqayisədə 36 min 139 artım var".
MSK sədri Azərbaycanın ən yaşlı seçicinin yaşını açıqlayıb: "Azərbaycanda ən yaşlı seçicisi Bərdə rayon sakini 1894-cü il təvəllüdlü Allahverdiya Səmərqədir. Onun 123 yaşı var. Ölkədə 99 yaşlı seçilərin sayı 9245, 100 yaşdan yuxarı isə 407 nəfərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB