Ekspert: “ÜAK heç bir qanunsuzluğa yol verməyib” MÜNASİBƏT

Ekspert: “ÜAK heç bir qanunsuzluğa yol verməyib” MÜNASİBƏT

"Hesab edirəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı məsələ hələ də tam qapanmayıb. Çox yaxşı olardı ki, bizim ölkənin müvafiq rəsmi və qeyri-rəsmi qurumları bizim narahatçılığımızı və narazılığımızı Rusiya Federasiyasının mümkün olan bütün alt və üst qatlarına çatdırmaqda davam edərdilər. Çünki, indi ard-arda rusiyalı rəsmlər qeyd etməyə çalışırlar ki, guya bu qərar siyasi qərar deyil, bu tamam başqa məsələdir və sair. Amma, biz yaxşı bilirik ki, bu təşkilat 10 ildən artıqdır ki, RF ərazisində normal fəaliyyət göstərib və heç bir qanunsuzluğa və özbaşınalığa yol verməyib". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

"Birdən-birə RF Ədliyyə Nazirliyini hansı "ilan sancdı" ki, bunlar ÜAK-ın sənədlərini yada saldılar və hansısa "səhvı"aşkar etdilər. Qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra öz Nizamnaməsinə heç bir dəyişiklik etməyib, hansısa düzəliş və ya əlavə etməyibsə, indi hansı səhvdən söhbət gedə bilər? Ona görə də, ən azından özlərinin dedikləri "səhvləri" düzəltmək lazımdır ki, iki ölkə arasında olan münasibətlərə təsir göstərməsin. Mən o fikri də bölüşürəm ki, bu qərarın verilməsində Rusiyadan daha çox kənar qüvvələrin rolu və iştrakı olub. Bu isə təkzibedilməz faktlarla və sübutlarla ortalıqdadır. Düşünürəm ki, yaxın günlərdə biz bir daha bu narazılığımızı Rusiya rəsmilərinin diqqətinə çatdrımalıyıq ki, onlar yol verdikləri yanlışlıqları düzəltsinlər. Yox əgər bu məsələdə onlar doğru-düzgün addım atmayacaqlarsa, zərbənin ən böyüyü elə RF-nın özünə və regionda, ölkəmizdə təmsil olunan qurumlarına dəyəcək"- deyə, Üzeyir Cəfərov fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə