Bu gün Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı IX Konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Konfransın rəsmi hissəsində Dövlət Himni səsləndikdən sonra YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev hesabat məruzəsi ilə çıxış edib.
Rayon təşkilatının sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyevin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev qeyd edib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz taleyini, övladlarının gələcəyini Yeni Azərbaycan Partiyasına etibar edir, ona etimad göstərirlər. Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın mənafeyini müdafiə etdiyi üçün ümumxalq partiyasına çevrilmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr dahi şəxsiyyət Heydər Əliyevin həmişəyaşar edayalarından güc alırsa, digər tərəfdən cənab Prezident İlham Əliyevin yorulmaz və fədakar fəaliyyətindən qaynaqlanır.
Natiq daha sonra qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin yanvar ayının 12-də təsis olunan sıralarında 5069 nəfər partiya üzvü və 70 ərazi ilk partiya təşkilatını birləşdirən Biləsuvar rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir. YAP Biləsuvar rayon təşkilatı VIII Konfransdan ötən müddət ərzindən Yeni Azərbaycan Partiyasının Nizamnamə tələbləri çərçivəsində fəaliyyət göstərərək partiyanın İcra Katibliyinin tapşırıq və tövsiyyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirir. Rayon təşkilatının sıralarında 1478 nəfər qadın, 1378 nəfər gənc üzv vardır.
Təşkilat daxilində partiya sıralarına qəbul yüksələn xətlə davam etməkdədir.
YAP Biləsuvar rayon Təşkilatının sədrinin hesabatından sonra Nəzarət Təftiş qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin üzvü Mirkazım Kazımov, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf rolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş bəhs ediblər.
Konfransad YAP rayon təşkilatı gənclər birliyin sədri Aqşin Bağırov, partiyanın rayon təşkilatı qadınlar şurasının sədri Ləman Yüzbaşova, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, Çaylı kənd ərazi ilk partiya təşkilatının sədri Rəşad Əliyev çıxış ediblər. Çıxış edənlər YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş hesab etdiklərinin bildiriblər.
YAP Biləsuvar rayon təşkilatının IX konfransının qətnamə layihəsi oxunaraq təsdiq edildi və təşkilati məsələlər müzakirə olunub. Rayon təşkilatının 31 nəfər tərkibdə yeni şurası və 15 nəfərdən ibarət idarə heyəti, eləcə də Nəzarət-Təftiş Qrupu üzvləri seçildi. Kamil Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının bir qrup fəal üzvünə Fəxri Fərman, partiyaya yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Sonda Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB