Aprel ayının 17-də Azərbaycan Republikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçlığı ilə informasiya mübarizəsində Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə vermək, indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artırılması məqsədi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri gənclərin gözü ilə" layihəsi çərçivəsində seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarda respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan 90-dan çox gənc iştirak edib. Seminarı giriş sözü ilə açan Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyin sədri Yusif Ağayev keçirilən layihənin əhəmiyyət haqqında danışıb, o, bildirib ki, layihənin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yumşaq güc strategiyasından istifadə edərək informasiya mübarizəsində daha etibarlı təminat yolları və vasitələrinin müəyyənləşdirilməsi istiqamətində innovativ metodların tətbiqi, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına çalışmaq və bu sahədə ölkədə həyata keçirilən fəaliyyətə dəstək verməkdir.
Daha sonra çıxış edən ekspertlər politoloq Zaur Məmmədov, Xanım Paşayeva, Kamran Abdullayev və digərləri gənclərin bu problemə diqqətlərinin artırılması və milli yaddaşın qorunması və vətənpərvərlik hisslərinin artırılmasının əhəmiyyətini vurğulayıblar. Münaqişənin tarixi kökləri, həmçinin həll mərhələləri haqqında məlumat veriblər. Çıxışçılar bildiriblər ki, erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə absurd ideyalarını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüldüyü xatırlanıb.
Daha sonra seminar gənclərin qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB