Ziyafət Əsgərov: "Ermənistan perspektivi olmayan bir qurumdur, dövlət də deyil"

Ziyafət Əsgərov: "Ermənistan perspektivi olmayan bir qurumdur, dövlət də deyil"

"Ermənistan tupikə dirənmiş, perspektivi olmayan bir qurumdur, dövlət də deyil. Ermənistanın dediklərinin heç bir əhəmiyyəti yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

İsrailin Ermənistandakı səfirinin news.am saytına verdiyi müsahibəsnində Azərbaycan-İsrail münasibətləri ilə bağlı səfirə ünvanlanan tərxribatçı sualları şərh edərkən Z.Əsgərov qeyd edib ki, Ermənistan dövlət deyil, ona görə də dediklərinin heç bir çəkisi yoxdur və İsrail dövləti də bunu çox gözəl bilir.

Z.Əsgərov Ermənistanın Azərbaycan-İsrail əlaqələrinə xələl gətirmək gücünün olmadığını vurğulayıb: "Bu gün İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. İsrail dövləti ilə çox yaxşı iqtisadi və hərbi əlaqələrimiz var. Eyni zamanda düşünürəm ki, bu əlaqələrin həm də çox gözəl perspektivləri var. Gələcəkdə də bu münasibətləri davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə