BMT Qarabağ danışıqların bərpa etməyə çağırıb

BMT Qarabağ danışıqların bərpa etməyə çağırıb

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb. SİA TASS-a istinadən xəbər verir ki, bu bəyanatla BMT Baş katibinin rəsmi nümayəndəsi Farhan Haq çıxış edib.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı son bəyanatını tam dəstəkləyir və tərəfləri atəşkəs rejimini sarsıda biləcək hərəkətlərdən çəkinməyə çağırır.

"Biz gərginliyi azaltmağa yönəlmiş bütün səyləri alqışlayırıq və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə aparan danışıqları bərpa etmək üçün siyasi iradə göstərməyə səsləyirik", deyə BMT rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə