"Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə edən və ya satmağa cəhd edənlərin cərimələrinin miqdarı artmalıdır". Bunu SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rövşən Rzayev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirərkən deyib.
Təklif olunan dəyişiklikləri dəstəklədiyini deyən deputat qeyd edib ki, istənilən şəraitdə oğurluq halı cəzalandırılmalıdır:
" Bu baxımdan yeni təkliflərdə nəzərdə tutulan cərimələrin miqdarının artması və digər sərt cəzaları dəstəkləyirəm ".
O qeyd edib ki, yeni təklifə əsasən rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətməyə görə cərimənin miqdarı 1000 manatdan 2 min manatadək artırılması təklif edilir: "Hazırda isə bu məbləğ beş yüz manatadəkdir".
Məlumat üçün nəzərinizə çatdıraq ki, hazırkı qanunvericiliyə əsasən, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlamaya görə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni təklifə əsasən cərimənin miqdarının 1000 manatdan 1500 manatadək artırılması təklif edilir.
Bundan başqa, hazırda hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə edən və ya satmağa cəhd edənlərin cərimələrinin miqdarı hazırda 300 manatadəkdir. Həmin cərimə məbləğinin də 1000 manatdan 2 min manatadək artırılması təklif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB