Estoniya parlamentində Rusiya küləyi əsdi SİYASİ QALMAQAL

Estoniya parlamentində Rusiya küləyi əsdi SİYASİ QALMAQAL

Estoniyanın xarici işlər naziri Sven Mikser ölkə parlamentinin maliyyə komissiyası üzvlərinin Rusiya duması ilə əlqələri bərpa etmək üçün Moskvaya planlaşdırdıqları səfərin əleyhinə çıxış edib. SİA xəbər verir ki, eston nazirin fikirlərini ötən gün "Delfi" portalı yazıb.

"Parlamentin maliyyə komissiyasının sədri Mixail Stalnuxinin Rusiya duması ilə əlqələrin bərpası məqsədi ilə Moskvaya səfər etməsi Avropa İttifaqının Rusiyaya qarşı maliyyə və s. istiqamətdə tətbiq etdiyi sanksiyalar qüvvədə olduğu müddətdə arzuedilən deyil"-Sven Mikser deyib.

Estoniya XİN-nin rəhbəri deyib ki, şəxsən onun özü bu səfərdən Estoniya dövlətinə hər hansı bir səmərə qazanacağına inanmır: "Lakin bunun yerinə Estoniya döövlətinin, eləcə də Avropanın Rusiyaya qarşı birgə mövqeyi zəifləyə bilər".

Mikser Stalnuxinin "Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsinə xidmət edir və ölkənin mövqeyinə qarşıdır" fikirlərinə də münasibət bildirərək deyib ki, əksinə, məhz Avropanın Rusiyanın anti-Ukrayna aqressiyasına və Krıımın qeyri-leqal ilhaqına qarşı vahid baxışdan çıxış etməsi Putin rejiminin daha da irəliyə gedərək, ekspansionist realizə ambisiyalarının daha da irəliləməsinə mane olub.

Eston nazir ölkəsinin parlament respublikası olduğunu etiraf edərək hökumətin parlamentin işinə birbaşa müdaxilə etmək səlahiyyətinin olmadığını desə də maliyyə komissiyasının üzvlərini Moskva səfəri təklifini səsə qoymağa təklif edib.

Daha öncədən də bildirildiyi kimi, həftənin birinci günü Estoniya parlamentinin milliyyətcə rus olan maliyyə komissiyasının sədri Mixail Stalnuxin Rusiya dumasının büdcə komissiyası ilə əlaqələrin bərpası və yaxşılaşdırılması üçün, eləcə də iqtisadi məsələləri müzakirə etmək məqsədi ilə qarşılıqlı səfərlər təşəbbüsü ilə çıxış edib. O, həmçinin Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının tərəfdarı olduğunu da vurğulayıb.

"Deyərdim ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi katastrofik nəticələrə gətirib-çıxarıb, eləcə də bizim (Estoniyanın-red.) kənd təsərrüfatına da təsir edib. Son altı ildə tranzit tamamilə yox olub"-deyə maliyyə komissiyasının sədri bildirib.

"Əgər sanksiyaarın dayandırılması məsələsi Macarıstanda, İspaniyada, Yunanıstanda qaldırılırsa, o cümlədən, bu təkliflə Almaniyada və Fransa da da çıxış edirlərsə, bu zaman bizim də sözügedən məsələ ətrafında fikirləşmək zamanımız çatıb"-Stalnuxin hesab edir.

Xatırladaq ki, Stalnuxinlə yanaşı, Rusiyaya qarşı sanksiyaların dayandırılması və Rusiya duması ilə əlaqələrin bərpası təşəbbüsü ilə Estoniyanın iqtisadiyyat komissiyasının sədri Ayvar Kokk da çıxış etmişdi. Lakin o, sonradan fikrində dəyişiklik edərək demişdi ki, əgər Moskva TransRussia - nəqliyyat və logistika yarmarkası zamanı eston iş adamlarına dəstək gstərərsə, parlamentin iqtisadi komissiyasının üzvləri Rusiyaya gedə bilərlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə