Fələstin Baş nazirinin müavini: "Beynəlxalq terrorizmin dayandırılmasını istəyirik"
Bu gün Azərbaycanda keçirilən V Qlobal Bakı Forumu çərçivəsində "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir? mövzusunda növbəti panelin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, paneldə İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal El-Fayez, Fələstinin Baş nazirinin müavini Ziyad Abu Amr, Liviyanın xarici işlər naziri Mohammad Dayri, İtaliyanın xarici işlər naziri (2002-2004, 2008-2011) Franco Frattini, Albaniyanın prezidenti (1997-2002) Rexhep Meidani, İranın xarici işlər naziri (2005-2010) Manouchehr Mottaki, İSESCO-nun Baş direktoru Abdulaziz Altwaijiri, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edib.
NGBM-nin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin panelin moderatoru qismində çıxış edib.
İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal El-Fayez Forumun təşkilinə görə Azərbaycan hökumətinə və cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O deyib ki, ekstremizə müxtəlif millətlərdən daxil olan ünsurlər var: "Bildiyiniz kimi II Dünya müharibəsindən sonra kapitalist və imperalist meyllər ortaya çıxıb. Ərəb cəmiyyəti həmişə bunlara qarşı mübarizə aparıb. Mütərəqqi dövlətlər də ərəb dövlətləri ilə bağlı mövqeyini istənilən şəkildə ortaya qoya bilmədi. Bu qurumlarda islahatlar mütləq mərhələləri şəkildə həyata keçirilməlidir. Mədəniyyət faktoru mühüm faktordur. Bunu mütləq nəzərə almaq lazımdır. 2011-ci ildə Nyu-Yorkda baş verən hücum müsəlmanlara qarşı birmənalı olmadı. Sonradan İŞİD faktoru ortaya çıxdı. Ümid edirik ki, Suriya ordusu əraziləri ekstremistlərdən azad etməyə nail olacaq".
Fələstinin Baş nazirinin müavini Ziyad Abu Amr bildirib ki, dövlət terroru diqqətdən qaçmamalıdır: "Fələstindən danışsaq burada işğal faktını görə bilərik. Mən ərəb və islam xalqları və onların problemləri haqqında danışmaq istəyirəm. İstəmirəm ki, hanısasa fələstin uşağı öldürülsün və onun evi yandırılsın. Bu bir növ terrorizmdir. Biz eyni zamanda beynəlxalq terrorizmində dayandırılmasını və buna son qoyulmasını istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB