AXCP sədri Əli Kərimlinin 8 nəfər gənc qohumu (əmisi nəvələri) mətbuat konfransı keçirərək bir müddət öncə Yeni Azərbaycan Partiyasına (YAP) üzv olduqlarını bildiriblər. SİA-nın verdiyi məlumata görə, Ə.Kərimlinin anti-Azərbaycan addımlarına, milli maraqlarımızın əleyhinə yönəlik çıxışlarına etiraz edən qohumları bildiriblər ki, bu gün ölkəmizdə aparılan uğurlu siyasət, həyata keçirilən sosial proqramlar, atılan mütərrəqi addımlar hər bir gəncin ürəyincədir. Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərdən birinə çevirib, ölkəmizdə gənclərə münbit şərait yaradılıb əsl demokratik cəmiyyət qurulub.
Ə.Kərimlinin əmisi oğlu Nuhəli Kərimov qohumlarının YAP-a üzv olmalarını yüksək qiymətləndirərək bildirib ki, Azərbaycanın inkişafını istəməyən bədxah qruplar heç vaxt istəklərinə nail ola bilməyəcəklər: "Bu gün ölkəmzidə həyata keçirilən işlər hər bir azərbaycanlıda böyük sevinc hissi yaradır. İnsanlarımız daha faciələr yaşamaq istəmirlər. Vaxtilə hakimiyyətdə olan cəbhəçilər bu milltin başına oyunlar açdılar, indi yenə də utanmadan xalqı yenidən fəlakətə sürükləmək istəyirlər. Ancaq buna nail ola bilməzlər, çünki Azərbaycanda xalq-iqtidar birliyi vardır. Elə Əli Kərimlinin əmisi nəvələri də belə qruplara, anti-Azərbaycan qüvvələrə, milli maraqlarımıza zərbə vurmağa çalışan cəbhəçilərə etiraz edirlər".

Uğur Kərimli (əmisi nəvəsi): "Mənim ən böyük istəyim o idi ki, 18 yaşım tamam olsun və YAP-a üzv olum. Bunu səbirsizliklə gözləyirdim. Artıq YAP-ın üzvüyəm, bununla qürur duyuram. Bir gənc kimi Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyirəm. Eyni zamanda bütün şər qüvvələrə, eləcə də Əli Kərimlinin atdığı yersiz addımlara etiraz edirəm".
.jpg)
Rəsul Kərimli (əmisi nəvəsi): "Mən bir gənc kimi iqtidarı dəstəkləyirəm, YAP üzvü olmağımla da fəxr edirəm. Başqa necə ola bilər ki? Ölkədə xalqın inamını qazanmış bir partiya var, o da YAP!".

Əlizamin Həsənov: "Əli Kərimlinin atdığı ermənipərəst mövqe hər birimizi hiddənləndirir. Biz ona etiraz edirik və bütün gəncləri YAP-ın ətrafında sıx birləşməyə səsləyirəm.

İbrahim Hacalıyev: "YAP-a üzv olmaq hər bir azərbaycan gəncinin arzusudur. Eyni zamanda Əli Kərimli kimi vətən xainlərinə də yox demək, onlara etiraz etmək hər birimizin borcudur. Biz YAP-ın ətrafında sıx birləşməli və bütün daxili, xarici düşmənləri yerində oturtmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB