Bozdağ: “Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik” AVROPAYA SƏRT BƏYANAT
Türkiyənin ədalət naziri Bekir Bozdağ Türkiyənin Hollandiya və Almaniyanın faşizm nəzəriyyələrinə qarşı beynəlxalq hüququn tanıdığı haqları sona qədər istifadə edəcəyini bəyan edib. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatının son dəqiqələrdəki xəbərlərində bildirilir. Bozdağ deyib: "Hollandiya və Almaniyanın qalmaqallı münasibətlərinə gəlincə, Türkiyə beynəlxalq hüquq çərçivəsində nələr edə bilər, əlbəttə ki, beynəlxalq hüququn tanıdığı haqları, səlahiyyətləri sonuna qədər istifadə edəcək və bu məsələnin təqibçisi olacağıq. Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB