Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara müraciət edib.
SİA-nın məlumatına görə, M.Pənahov komissiyanın bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib ki, siyasi partiyaların maliyyə hesabatını təqdim etmə müddəti aprelin 1-də başa çatır.
MSK sədri siyasi partiyaları aprelin 1-ə qədər maliyyə hesabatlarını təqdim etməyə çağırıb: "Maliyyə hesabatları ilə bağlı MSK-nın araşdırmaları MSK-nın səhifəsində yerləşdiriləcək. Çatışmazlıqlardan çəkinmək lazım deyil, hər işdə müəyyən çatışmazlıqlar olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB