Tramp Şimali Koreyanı “vurmağı” təklif edib ÇİN VETO QOYMADI

Tramp Şimali Koreyanı “vurmağı” təklif edib ÇİN VETO QOYMADI

ABŞ prezidenti Donald Trampın administrasiyası Şimali Koreaya qarşı hərbi güc tətbiq etmək planının qüvvədə qaldığını inkar etməyib. SİA xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Amerika nəşrinin yazdığına görə, hazırda rəsmi Vaşinqton rəsmi Pxenyanın "vurulması" üçün mümkün ölçülər üzərində işləyir. Eyni zamanda bu ölkədəki rejim hakimiyyətin dəyişdirilməsi məsələsi də gündəmdədir.

Xatırladaq ki, fevralın 28-də CNN telekanalı Ağ evin yüksək vəzifə səlahiyyətinə malik olan mənbəsinə istinadən xəbər vermişdi ki, Tramp ABŞ-ın əsas təhlükəsi kimi məhz Şimali Koreyanı və bu ölkədə hazırlanmış nüvə proqramını görür. Mənbə telekanala onu da deyib ki, fevralın 27-də amerikalıların lideri Çin Xalq Respublikasının (ÇXR) nümayəndəsi ilə görüş keçirib və Pxenyana kifayət qədər təsir gücü olan rəsmi Pekinə bu məsələdə birgə əməkdaşlıq təklifi verib. Qeyd olunur ki, ÇXR tərəfi Ağ evin sahibinin bu təklifi üzərində düşünəcəyini bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə