Əflatun Amaşov: “Qarabağda referendum olmaya bilər” MÜNASİBƏT

Əflatun Amaşov: “Qarabağda referendum olmaya bilər” MÜNASİBƏT

"Ümumiyyətlə, Dağlıq Qarabağda müəyyən vaxtlarda "seçkilər" keçirilir. İndi də "referendum" keçirmək istəyirlər. Əminəm ki, fevral ayının 20-də işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni separatçıları tərəfindən keçiriləcək "referendum" heç bir beynəlxalq təşkilat, dövlət tərəfindən müsbət qarşılanmayacaq və qəbul olunmayacaq". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Millət vəkilinin sözlərinə görə, sözügedən məsələdə müəyyən nüanslar diqqəti cəlb edir: "Çox təəssüf ki, həmin referendum dövründə ayrı-ayrı ölkələrdən nəzarətçi, müşahidəçi qismində bəzi insanlar olacaq ki, çox güman onların arasında da deputatlar iştirak edəcək. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili yanaşmanın nəticəsidir. Təəssüf ki, bu yanaşma nəticəsində ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar qanun pozuntularına göz yumur. Əlbəttə ki, onların səyi nəticəsində Dağlıq Qarabağda elə bir "referendum" baş tutmaya bilər və Qarabağ həmin ölkələrin nümayəndələri gəlməyə bilər. Amma çox təəssüf ki, bütün bunlar hadisələrə ikili baxışın nəticəsidir. Azərbaycanın işi haqq işidir. İstər dəfələrlə referendum keçirilsin, minlərlə qonaq olsun heç bir faktor Azərbaycanın iradəsini sarsıda bilməz. Biz öz torpaqlarımızı istər sülh, istərsə də qeyri-sülh yolu ilə azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə