Musa Qasımlı: “Almaniyadakı görüşlər ikitərəfli əlaqələrin genişləndirilməsinə kömək edəcək” MÜNASİBƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə "MAN SE" şirkətinin baş icraçı direktoru Yoaxim Dris və bir sıra rəsmi şəxslərlə görüşüb.
Səfər və 53-cü Münxen Təhlükəsizlik Konfransının əhəmiyyəti barədə SİA-ya açıqlama verən millət vəkili, professor Musa Qasımlı deyib ki, cənab Prezident İlham Əliyevin Münhen təhlükəsizlik konfransında iştirak etməsi dövlətimizin ümumavropa təhlükəsizlik sistemində mühüm yer tutduğunu və dövlətimizin müasir beynəlxalq münasibətlərdə rolunun artdığını göstərir: "Konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlər ölkəmizin həm AFR, həm də digər ölkələrlə ikitərəfli əlaqələrinin genişləndirilməsinə kömək edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB