Qarabağdakı "referendum"u doğru saymırıq İran səfirliyi

Qarabağdakı "referendum"u doğru saymırıq İran səfirliyi

İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə prinsipial mövqeyi olduqca aydın və şəffafdır. Bunu SİA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən fevralın 20-də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək "referendum"a münasibət bildirərkən deyiblər.

Qeyd edilib ki, İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll edilməsinin tərəfdarıdır: "Biz "Dağlıq Qarabağ"ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, həmçinin sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq.

Biz bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə