"Kütləvi informasiya vasitələri haqqında" qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə çıxarıla bilər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, qanun layihəsinə ediləcək müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar da aradan qalxacaq: "Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır".
Sədr müavini qeyd edib ki, Parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar: "Biz burada qeydiyyatdən keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaq üçün treninqlər keçməsinə hazırıq".
Bahar Muradova hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməsinin mümkün olduğunu bildirib.
"Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır. Bəzən ayrı-ayrı mətbuat nümayəndələri adekvat olmayan hərəkətlərə yol verirlər. Bunun bir tərəfi peşə eqoizmi, məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz"- deyə, sədr müavini vuğulayıb.
"Bizim istəyimiz millət vəkilinin tənqid olunmaması deyil, biz sadəcə təhqirə qarşıyıq. Biz cəmiyyətimizi, gənclərimizi tərbiyə etməyə çalışırıq. Əgər biz cəmiyyətimizdə söyüş ruhunun, söyüş mübarizəsinin olduğunu qəbul edəcəyiksə, o zaman bu cəmiyyətdən əlimizi üzməliyik. Bu baxımdan bizim üçün başlıca olan kriteriyaları gözləməliyik. Bu məsələlər gələcəyimiz üçün də çox vacibdir. Biz qurduğumuz dövlətin əsaslarını öz əlimizlə sarsıda bilmərik. Bu dövlətin əsasını təkcə qanun və Konstitusiya təşkil etmir, burada əsas mənəviyyat qanunlarıdır. Qanunlarımız bizim milli təfəkkürümüzə, şüurumuza söykənir" - deyə, sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB