Müdafiə sənayesi naziri səfiri qəbul edib

Müdafiə sənayesi naziri səfiri qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib. SİA-nın verdiyi məlumata görə, nazir Azərbaycan ilə Meksika arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırdı və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Səfir Xuan Rodrigo Labardini Flores səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə