Pakistan parlamenti Ermənistanın işğalını pisləyən qətnamə qəbul edib

Pakistan parlamenti Ermənistanın işğalını pisləyən qətnamə qəbul edib

Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib. SİA bu barədə "Khybernews.tv" kanalına istinadən məlumat verir. Qətnamə komitənin iclasında qəbul edilib. Sənəddə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqrım pislənilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə