YAP-ın rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir FOTOLAR
Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla davam edir.
AĞDAM
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X Konfransına hazırlıqla əlaqədar növbəti hesabat-seçki yığıncağı rayon Səfərli kənd ərazi ilk partiya təşkilatında keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Həsrət Səfərov gündəlikdə duran məsələlərə nəzər yetirdikdən sonra, hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Səfərli kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ərazi ilk partiya təşkilatına Həsrət Səfərov yenidən sədr, Bəylər Əkbərov, Rəfail Səfərov sədrin müavinləri, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 3 nəfər nümayəndə seçilib.

Daha sonra növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd kənd ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.
Ərazi ilk partiya təşkilatının sədri Soltan Abbasov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd kənd ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilmiş, sonra ilk partiya təşkilatına Soltan Abbasov yenidən sədr, müavin Mahir Əhmədov və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.
SURAXANI
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı Bülbülə qəsəbə inzibati ərazi ilk partiya təşkilatının sədri Elçin Seyfullayev açaraq, ötən ildə görülmüş işlər barədə ətraflı məruzə edib. Məruzəçi qeyd edib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən, xüsusilə, gənclərin hesabına güclənib.
Yığıncaqda çıxış edən Firuzə Hüseynova, Elvin Kərimov, Arzu Qarayusifli və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrindən biri olan ideoloji işin, o cümlədən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi bildiriblər.

Yığıncaqda iştirak edən YAP Suraxanı rayon təşkilatı idarə heyətinin üzvü Nazim Fətullayev Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib: "Rayon təşkilatının 106 ərazi ilk təşkilatı üzrə 8200 nəfər YAP üzvünü ətrafında birləşdirir. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi siyasət sayəsində müstəqil dövlətmiz inkişaf edərək, regionun lider dövlətinə və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilib".
Hesabat-seçki yığıncağı ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib. Partiya üzvlərinin açıq səsverməsi ilə Elçin Seyfullayev yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, ərazi ilk partiya təşkilatından YAP Suraxanı rayon təşkilatının IX konfransına nümayəndə seçilib. Sonda yığıncağın yekunu üzrə müvafiq qərar qəbul olunub.
BİNƏQƏDİ
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 241 ünvanlı (144 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Həcər Mahmudova gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, rəhbərlik etdiyi orta məktəbin 86 nəfər işçi heyəti vardır ki, onlardan 41-i YAP-ın üzvüdür: "Bu partiya üzvləri hər zaman Ulu Öndər, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçilik ideyalarına inanır və dəstəkləyir.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Vəfa Səlimova, Şəfəq Balıyeva, Oksana Səfərova hesabat məruzəsinə münasibət bildirərək, qənaətbəxş hesab edib, təkliflərini irəli sürüblər.
Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Həcər Mahmudova sədr, Oksana Səfərova, Kəmalə Mirzəliyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 1 nəfər nümayəndə seçilib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında ərazi ilk partiya təşkilatının sədrinin hesabatını qənaətbəxş hesab edərək, məktəbin ötən hesabat dövrü ərzində kifayət qədər uğurlu işlər gördüyünü vurğulayıb.
AĞCABƏDİ
13 min nəfərdən artıq partiya üzvünü özündə birləşdirən YAP Ağcabədi rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar 46 saylı Səyyar Mexanikləşmiş Dəstə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda öncə Dövlət Himni səsləndirilmiş, sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Teymur Rəhimov hesabat dövründə görülən işlərlə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, 46 saylı SMD ərazi ilk partiya təşkilatı Ağcabədi rayonunda yaranan ilk təşkilatdır.
Məruzə ətrafında çıxış edən Hidayət Quliyev, İbadət Cəmilov, Abışov Hüseyn ilk təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında partiyanın veteranı Teymur Rəhimov yenidən ərazi ilk partiya təşkilatının sədri, YAP Ağcabədi rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
ZƏRDAB
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Növbəti tədbirlərdən biri də YAP Zərdab rayon təşkilatının Yarməmmədbağı kənd ərazi ilk partiya təşkilatında keçirilib.
Gündəlikdə duran 3 məsələnin müzakirə edildiyi yığıncaqda ərazi ilk partiya təşkilatının sədri hesabat məruzəsi ilə çıxış edib və ərazi ilk partiya təşkilatının gördüyü işlərdən danışıb.

Partiyanın rayon təşkilatının şura üzvü Şahnaz Mustafayeva və partiya fəalları da, öz növbələrində, ərazi ilk partiya təşkilatının ötən müddət ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib.
Yığıncağın sonunda təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatının Yarməmmədbağı kənd ərazi ilk partiya təşkilatının sədr və müavinləri, həmçinin, YAP Zərdab rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB