“Məcburi köçkünlər bu vəsaitlərdən daha səmərəli istifadə edə biləcəklər” MÖVQE
"Prezident İlham Əliyevin fərmanı əsasında məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ölkəmizdə sosial qayğıya ehtiyacı olan təbəqəyə göstərilən diqqətin sübutudur". Bunu SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.
Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsindən uzun müddət keçdiyini xatırladan millət vəkili qeyd edib ki, bu müddət ərzində düşmənin işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımız işlə, evlə təmin olunublar: "Verilən sərəncama əsasən müavinətlər az təminatlı ailələrə veriləcək. Əvvəllər müavinətlərin verilməsi bir orqan tərəfindən həyata keçirilirdi. Amma onlar yerləşmələr etdikləri üçün müəyyən çətinliklər yaranırdı. Lakin yeni sərəncama əsasən, artıq müəyyən problemlər aradan qaldırılacaq, ayrılan müavinətlər birbaşa onlara ödəniləcək. Məcburi köçkünlər bu vəsaitlərdən daha səmərəli və məqsədli istifadə edə biləcəklər".
F. Quliyev bildirib ki, Nazirlər Kabinetinin müavinətlərin verilməsi ilə bağlı açıqladığı qaydalara əsasən, artıq məcburi köçkün statusundan çıxanlara, eləcə də mənzil, iş təminatı olan, hətta köçkün olmayanlardan daha yüksək səviyyədə yaşayanlara əlavə təzminat verilməyəcək: "Düşünürəm ki, belə insanlara əlavə təzminatın verilməsi nə doğrudur, nə də onların özləri də bunu qəbul etməzlər. Misal üçün Almaniyada işləməyənlərə işləyənlərin aldığı qədər pul verirlər. Lakin onlar işləməyə daha üstünlük verərək, bildirirlər ki, niyə bizə büdcədən pul ayrılmalıdır. Bu baxımdan hesab edirəm ki, bizim də millətimiz heç də almanlardan geri qalmır və qəbul edilən qərar düzgün şəkildə qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB