Suriya ilə bağlı məsələ bağlı qapılar arxasında aparılacaq

Suriya ilə bağlı məsələ bağlı qapılar arxasında aparılacaq

Qazaxıstanın paytaxtı Astanada Suriyada davam edən münaqişənin nizamlanması üzrə danışıqlar bağlı qapılar arxasında aparılacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, danışıqlar bazar ertəsi Bakı vaxtı ilə 11:00-da başlamalı və cədvələ uyğun olaraq, çərşənbə axşamı təqribən həmin saatlarda yekunlaşmalıdır. Bildirilir ki, danışıqlarda Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, İran, Türkiyə və ABŞ nümayəndələri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə