Bahar Muradovadan Rusiya XİN başçısının fikrinə MÜNASİBƏT

Bahar Muradovadan Rusiya XİN başçısının fikrinə MÜNASİBƏT

Milli Məclisin sədr müavini Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl "Dağlıq Qarabağ münaqişəsini həll etmək Azərbvaycanın daxili işi deyil" söylədiyi fikrinə münasibət bildirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən B.Muradova söyləyib ki, Azərbaycanın xarici işlər naziri bu məsələ ilə bağlı mövqeyini tam şəkildə ifadə etdi: "Mən o mövqeyi tam şəkidə bölüşürəm. Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik".

Azərbaycanla dost və strateji tərəfdaş ölkə olan Rusiyanın bu məsələyə ciddi təsir etmək imkanlarının olduğunu qeyd edən Milli Məclisin sədr müavini vurğulayıb ki, Rusiyanın xarici işlər naziri bu günki vəziyyətə adekvat olan açıqlama verməli idi: "Düşünürəm ki, Elmar Məmmədyarov öz açıqlamasında bunu müəyyən qədər cavablandırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə