Binəli Yılrıdırm İraqa gedib

Türkiyənin baş naziri Binəli Yıldırım İraqa səfərə gedib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə milli müdafiə naziri Fikri İşıq, milli təhsil naziri İsmət Yılmaz, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Bülent Tüfenkçi də daxildir.

Baş nazir İraq prezidenti Fuad Masum, Nümayəndələr Məclisinin rəhbəri Səlim Cuburiyle görüşüb, müzakirələr aparacaq. O, həmçinin siyasi partiya liderləri, İraq türkmənlərinin nümayəndələri ilə görüşəcək. Yıldırım Bağdadan sonra Ərbilə səfər edəcək və orda bir sıra müzakirələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə