Tank əleyhinə minanın partladıcısı aşkarlanıb

Tank əleyhinə minanın partladıcısı aşkarlanıb

Bu gün Füzuli rayonu ərazisində tank əleyhinə minanın partladıcısı aşkarlanıb.

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, rayonun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar–4 yanvar tarixlərinədək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 100 kv.m ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə