Çin ABŞ-a etiraz notası ünvanlayıb. Buna səbəb Amerikanın hərbi büdcəsinə Tayvanla hərbi əməkdaşlıq proqramının daxil edilməsidir. Artıq, həmin büdcə Barak Obama tərəfindən imzalanıb. Sənəddə Pentaqonun ABŞ-la Tayvan arasında ən yüksək hərbi əməkdaşlığı barədə razılaşması sazişi təsdiq olunub.
"Biz ABŞ-dan tələb edirik ki, Tayvan məsələsində Çinə verdiyi vədinə əməl etsin"-deyə Çin Xalq Respublikasının xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin bəyan edib. O, ABŞ-ı Tayvana silah satışını daayandırmağa səsləyib, bölgədə sülh və sabitliyin qorunmasına dəvət edib.
Bu barada ABŞ Konqresinin Nümayəndələr Palatasının SABİQ SPİKERİ Nyut Qinqriç belə bir proqnozla çıxış etmişdi ki, yanvarın 20-də prezident olaraq rəsmən işə başlayacaq Donald Tramp Barak Obama tərəfindən imzalanmış sənədlərin 70 faizini dəyişəcək, ya da qüvvədən düşmüş elan edəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB