ATƏT Xarici İşlər Nazirləri Şurasının Almaniyanın Hamburq şəhərində keçiriləcək iclasında 50 ölkənin XİN rəhbəri iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in saytı xəbər yayıb. İclasa Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer sədrlik edəcək. XİN Şurası ATƏT ölkələrinin qarşılaşdığı təhlükəsizlik təhdidləri ilə bağlı Almaniyanın qurumun sədri kimi gördüyü işləri müzakirə edəcəklər.
Qeyd edək ki, Almaniya ATƏT-də sədrliyində üç əsas məqsəd irəli sürmüşdü: etimadın qurulması, dialoqun inkişafı və təhlükəsizliyin bərpası.
Hamburqda isə ATƏT məkanında mövcud olan münaqişələrin həlli, yeni qlobal problemlər, ATƏT-in gücləndirilməsi, Ukrayna böhran və digər məsələlər diqqətdə olacaq. Həmçinin, 2017-ci il 1 yanvar tarixindən ATƏT-ə sədrlik edəcək Avstriyanın əsas fəaliyyət prinsipləri müəyyən ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB