"Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır"

"Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır"

"Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Asim Mollazadə Milli Məclisin bugünkü iclasında cari məsələlər müzakirə olunarkən deyib.

O bildirib ki, Ermənistan Rusiyanın hərbi əyaləti olduğundan, biz Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq: "Bu gün Ermənistan müstəqil olmadığından düşmən ölkə danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır".

Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizləndiyini deyən millət vəkili təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən erməniləri Azərbayacana təhvil verməlidir: "Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməsə, o zaman bu sazişdən imtina etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə