"Bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması birmənalı şəkildə Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
İspaniyada ermənilərin lideri olduğunu deyən politoloq bu işdə məhz onun əli olduğunu əminliklə bildirib: "İspaniyanın Dağlıq Qarabağa tədqiqatçı göndərmək üçün elə bir imkanı yoxdur.
Bu baxımdan bir qrup ,tədqiqatçının Azıx mağarasına gəlib qanunsuz fəaliyyət göstərməsinin arxasında ermənilər dayanır. İspaniya ilə Azərbaycan arasında müəyyən mənada yaxşı münasibətlərin olmasına baxmayaraq çox təəssüf ki, buna yox demir. Təbii ki, bu elmi müstəvidə olan məsələ deyil, Azərbaycanın tarixi mədəni abidələrinə sui-qəsd və cinayətdir".
C. Nuriyev qeyd edib ki, Azərbaycnın Xarici İşlər Nazirliyi həmin ölkələrə nota göndərməli və mətbuat bu məsələnin üzərinə getməlidir.
Azıx mağaralarında aparılan qanunsuz tədqiqatların "rəhbərlər"indən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir "erməni genetikasi" ilə uyğunluq təşkil etməsi barədə fakir səsləndirməsi məsələsinə fikrini bildirən C. Nuriyev qeyd edib ki, bu fikirlərin əsassız olduğunu dilə gətirib: "Ümumiyyətlə, 7 min il bundan öncə yalnız indiki Misir ərazisi və Babul-Şumerlər olub. Belə olan halda, hansı "erməni genetikası"ndan söhbət gedə bilər? Onların məqsədi həmin ərazilərdə erməni izi axtarıb tapmaq və onu elmi statusa keçirməkdir. Bu, bütün mənəvi-etik çərçivələrdən kənardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB