Qızılın qiyməti aşağı düşdü

Qızılın qiyməti aşağı düşdü

Qızıl güclü dolların təsiri ilə ardıcıl üç həftədir ucuzlaşır. SİA xəbər verir ki, Marja-nın yazdığına görə, Fed-in gələn ay faiz artıracağı gözləntisi və 2017-də faiz artırımlarının davam edəcəyi proqnozu ilə dollar bahalaşır. Bunun nəticəsində də qiymətli metal doqquz ayın ən aşağı səviyyəsinə enib.

Qızıl 0.9% azalma ilə unsiyası 1171.18 dollara revral ayından bu yana ən aşağı səviyyəsini görüb. Qiymətlər bu ay 8 faiz düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə