Mübariz Qurbanlı: "Dövlət Komitəsindən icazə almaq lazımdır"

Mübariz Qurbanlı: "Dövlət Komitəsindən icazə almaq lazımdır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gün İraq-İran sərhəddində 500 azərbaycanlı zəvvarın saxlanılması məsələsinə aydınlıq gətirib. SİA-nın məlumatına görə, M.Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda dini yerlərlə ziyarətlərlə əlaqədar qaydalar var: "Ziyarəti təşkil edən şirkətlər Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Yalnız həcc ziyarəti burada istisnadır. Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə həyata keçirilir. Digər dini yerlərə getmək üçün Dövlət Komitəsindən icazə almaq lazımdır. Amma çox təəssüf ki, bu şirkətlər bu hərəkətlərini qeyri-qanuni həyata keçirirlər. Burada onlar viza problemləri ilə üzləşirlər". Komitə sədri əlavə edib ki, artıq bununla bağlı təkliflər də verilib: "Həmin qruplar ziyarətə aparılırsa, kimlərin getməsi məsələsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır və müəyyən qruplar tərəfindən təsir altına alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə