Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfər edəcək. SİA XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər əsnasında nazir 17 noyabrda Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB