Hikmət Hacıyev: “Rəsmi Bakı mandatın verilməsini alqışlayır” MÜNASİBƏT

Hikmət Hacıyev: “Rəsmi Bakı mandatın verilməsini alqışlayır” MÜNASİBƏT

"Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandat verilib". Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik: "Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 22 may 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim etdi və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğuladı.

Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə