Ermənistanda rusiyalı politoloq Sergey Markovun "arzuedilməz şəxs" elan olunmasına çağrış edilir. SİA "aysor.am"a istinadən xəbər verir ki, İrəvan Mətbuat Klubunun sədri, "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun erməni milli platformasının əlaqələndiricisi Boris Navasardyan belə bir təkliflə çıxış edib.
O daha əvvəl bununla bağlı məsələ qaldırdığını bildirib. Navasardyanın sözlərinə görə, Rusiya vətəndaşlarının bir çoxunu "persona non grata" elan etmək olar. Hazırda isə Markov "çox yaxşı" namizəddir.
Qeyd edək ki, Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhlərinə görə Ermənistanda tənqid olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB