"Amnesty International"ın Moskva ofisi bağlanıb. SİA-nın məlumatına görə, bu barədə "kommersant.ru" yazır. Rusiya saytının qeyd etdiyinə görə, ofisin rəhbərliyi kirayə haqqını vaxtı-vaxtında ödədiklərini deyiblər. Lakin Moskva meriyasınn şəhər mülkləri üzrə departamenti məsələ barədə heç bir məlumat verməyiblər.
Qeyd edək ki, "Amnesty International"ın Rusiyada fəaliyyət göstərən əməkdaşları bu gün səhər saatlarından ofisin qapısının möhürləndiyini görüblər. Eyni zamanda, giriş qapısının qıfılları da dəyişdirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə "interfax.ru"ya deyib ki, Kremldə "Amnesty International"ın bağlanması barədə informasiya yoxdur. "İlk dəfədir ki, bu barədə eşidirəm"-deyə Peskov açıqlamasında bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB