Belarus Prezidenti Azərbaycana səfər edəcək

Belarus Prezidenti Azərbaycana səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə "interfax" agentliyi xəbər verir. Məlumata görə, səfər zamanı əməkdaşlığın genişləndirilməsinə istiqamətlənmiş bir sıra sənədlərin imzalanması gözlənilir. Hazırda həmin sənədlər tərəflər arasında razılaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə