Soçi şəhərinin Simlyansk küçəsində baş vermiş mülki helikopter qəzasının videogörüntüləri yayımlanıb. SİA life.ru saytına istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib və hadisənin baş verməsi müşahidə kameralarında qeydə alınıb. Görüntülərdən bəlli olur ki, "Eurokopter AC-350" markalı helikopter sahil boyu xəttlə uçuş həyata keçirib və ani külək uçan aparatı yanı üzərinə çevirir. Nəticədə helikopter sürətlə yüksəkliyi itirir.
Hüquq-mühafizə orqanlarının sözlərinə görə, helikopter yerə çırpılarkən iki şəxsi evə zərər vurub. Son məlumatlara görə isə hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanıb.
Videogörüntülərə baxmaq üçün aşağıdakı linkə daxil olun:
https://life.ru/t/%D0%BD%D0%BE%D0%B2%D0%BE%D1%81%D1%82%D0%B8/925378/padieniie_viertoliota_v_sochi_s_6_liudmi_na_bortu_popalo_na_vidieo
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB