Ermənistan hökumətinin "yeni proqramı" təsdiq olunub. Amma bir sıra erməni ekspertləri bu proqramdan hər hansı bir müsbət nəticənin əldə edilməyəcəyini vurğulamaqdadırlar. SİA xəbər verir ki, eyni düşüncə ilə siyasi publisist Artsrun Pepyanyan Ermənistanın birinci kanalına (1in.am) müsahibəsindəki fikirlərində qeyd edib.
"Ölkə köklü dəyişikliklərin baş verməsi zərurətini hiss edir, əks halda biz onu itirəcəyik. Tələb olunanları reallaşdırmaqdan ötrü daha öncə yaranmış real səbəbləri araşdırmaq lazımdır"-deyə qeyd edən erməni siyasi şərhçi əlavə edib ki, şəxsən onun özü hökumət rəhbərinin ( baş nazirin) səbəblərin araşdırılması cəhdlərini görməyib: "Bəllidir ki, o xalqla birbaşa mətnlə danışmayıb, ancaq atdığı addımlarından görünür ki, o bu məsələ ətrafında kursdadır. Əgər mövcud tələblər yerinə yetirilməsə, dəyişikliklər olacaq, ancaq kosmetik qaydada..."
"Ölkəni itirəcəyik"
Artsrun Pepyanyan həmçinin deyib ki, yeni baş nazirin təyinatına qədər iqtidar partiyası yalnız uğurlardan, demokratiyanın inkişafından danışırdı: "...Bu illər ərzində hakim elita nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaqdan ötrü prinsiplərlə çıxış edirdilər. Əgər xalq hakimiyyət piramidasında ola bilsə, dəyişikliklərlə bağlı iradə nümayiş etdirə bilər".
Jurnalistin "əgər hakimiyyət kriminal oliqarxiya ilə mübarizədə yeni oyun qaydalarını müəyyənləşdirərsə, onu nə gözləyə bilər" sualını cavablandıran siyasi şərhçi deyib ki, ilk növbədə kriminal oliqarxiyanın nəyə görə yaranması və ideoloji cəhətdən Qarabağ hərəkatı fonunda başlaması səbəblərini araşdırıb nəticəyə gəlmək lazımdır: "Əgər real səbəblər məlum olarsa, bu sualın da cavabı bəlli olacaq..."
Hakimiyyətə alternativin olub-olmaması məsələsinə də toxunan Pepyanyan deyib ki, teoretik olaraq, alternativ var: "Bu alternativ siyasi konfrontasiyadan deyil, cəmiyyətin müxtəlif qatlarından, vətəndaş təşəbbüslərindən, özünütəşkil və konsolidasiyalardan yarana bilər. Bizim bir nömrəli vəzifəmiz Ermənistandakı insan kütləsindən xalq düzəltməkdir. Bu isə çətin olsa da həll eidləsi problemdir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB