İranın İraqın Süleymaniyyə şəhərindəki baş konsulu Sədullah Məsudian ötən gün 3 iranlı mühəndisin Kərkükdə yerləşən elektrik stansiyasında "İslam Dövləti" (keçmiş adı "İŞİD") terror təşkilatı tərəfindən törədilmiş təxribat nəticəsində öldükləri xəbərini təsdiq edib. SİA-nın məlumatına görə, İRNA agentliyinə sözügedən məsələ ilə bağlı açıqlama verən Məsudian ölən iranlıların ailələrinə başsağlığı verib və onların şəhid olduqlarını bəyan edib.
Agentlikdən bildirilir ki, terrorçular Mosulun azad edilməsi əməliyyatları başladıqdan sonra təxribatçı-terror hücumlarının sayını artırıblar. Məhz bu hadisədə də 16 nəfər işçi, o cümlədən 3 iranlı həyatını itirib.
Hadisə terrorçu-kamikadzenin elektrik stansiyasına yaxınlaşdıqdan sonra özünü partlatması nəticəsində baş verib. O, elektrik stansiyasına daxil olduqdan sonra əvvəlcə silahdan atəş açıb, sonda isə üzərindəki bombanı işə salıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB