İcra başçısı: “Rəsmi İrəvan Suriyada yaşayan erməniləri aldadır”
"Suriyadan gələn ermənilərin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı yeni məlumatları öyrənmək imkanımız elə də çox deyil".
SİA-nın məlumatına görə, bunu bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və erməni lobbisi Suriyada yaşayan erməniləri aldadıb Dağlıq Qarabağa və işğal olunmuş digər bölgələrə gətirirlər: "Onlar da burada çox qalası deyillər. Çünki kapitalizmə uyğun şəraitdə yaşayan biri gəlib Ermənistanın əsirliyində yaşaya bilməz. Onların hamısı müstəqil yaşayıb və ərəb ölkəsində heç də kasıb olmayıblar. Onları aldadıb bura gətirərkən əllərindən sənədlərini alıb sərhəddə postda dayandırırlar. Ona görə də onların əlinə fürsət düşən kimi xarici ölkələrə qaçırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB