Mosulda döyüşlərində güclü partlayış KAMİKADZE+VİDEO

Mosulda döyüşlərində güclü partlayış KAMİKADZE+VİDEO

İraqın ikinci ən böyük şəhəri olan, eləcə də İŞİD terror təşkilatının paytaxtı elan edilmilş Mosulun azad olunması istiqamətində hökumət qüvvələrinin hərbi əməliyyatları davam edir. Hərbi əməliyyatlar nəticəsində şəhər ətrafında yerləşən kənd və qəsəbələr qaniçən terrorçulardan azad olunub.

Lakin bununla yanaşı, hökumət qüvvələri də itkilər verməkdə davam edir. Belə ki, əsasən İŞİD terrorçularının "şəhidmobil" adlandırdıqları bomba yüklü avtomobil bir qəsəbənin azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı əsgərlərin arasına girərək partladılıb. Güclü partlayış nəticəsində 70 nəfər iraqlı əsgər həyatını itirib. Hadisə videolentə alınıb. Videoya bu linkdən baxa bilərsiniz,

https://www.youtube.com/watch?v=KBaCdG66Cao

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə